Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

15:37 18.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, dekabrın 19-da əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.